“Beşiktaş” Sadio Mane üçün “Al Nassr”la danışır

“Beşiktaş” Sadio Mane üçün “Al Nassr”la danışıqlara başlayıb.
90plus.az xəbər verir ki, “Beşiktaş” transfer bazarında diqqətçəkən addım atmağa hazırlaşır. İstanbul nəhəngi Sadio Manenin transferi üçün “Al Nassr” ilə görüşlərə başlayıb. Razılıq əldə olunacağı halda, seneqallı ulduzun qısa müddət ərzində “qara qartal” formasını geyinməsi gözlənilir.
Türkiyə mediasının məlumatına görə, Mane artıq “Al Nassr”dan ayrılmaq qərarını verib. 33 yaşlı hücumçu Avropaya dönüş ehtimalını itirsə də, “Beşiktaş” variantına isti yanaşır.
Qeyd: Mane cari mövsümdə “Al Nassr”da 2 oyunda iştirak edib, 1 qol və 1 asistlə yadda qalıb. Onun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Ulduz futbolçunun hazırkı bazar dəyəri isə 8 milyon avro təşkil edir.
© Copyright 2025, All Rights Reserved