"Beşiktaş"ın futbolçusu Azərbaycan millisini seçdi

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gündən etibarən 11 may tarixinədək hazırlıq məqsədilə təlim-məşq toplanışı keçirəcək.
90plus.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat yayılıb. Bildirilib ki, U-16 millisi Təlim-Məşq Mərkəzində baş tutacaq hazırlıq prosesində iki sınaq matçı keçirəcək.
Komandamız mayın 9-u və 11-i tarixlərində Belarusun yaşıdlarından ibarət yığması ilə qarşılaşacaq. Hər iki qarşılaşmanın Binə stadionunda saat 16:00-da başlanacağı nəzərdə tutulub.
Təlim-məşq toplanışı üçün müəyyənləşdirilmiş heyətdə "Beşiktaş"da çıxış edən Furqan Musayev də var:
Sıra | Ad, Soyad | Klub
1. Bilal Hacıyev – Qarabağ
2. Ülvi Abbaslı – Sumqayıt
3. Kamal Camalzadə – Neftçi
4. Uğur Qurbanlı – Qarabağ
5. Roman Fərzəli – Qarabağ
6. Vaqif Nəbiyev – Qarabağ
7. Arda Əzizli – Qarabağ
8. Mehdi İsmayılov – Qəbələ
9. Tunar Bayramov – Qəbələ
10. Ramil Hacıyev – Zirə
11. Cəfər Balakişiyev – Zirə
12. Ruslan Quliyev – Neftçi
13. Yusif Orucəliyev – EFA
14. Mirzə Məmmədli – Sumqayıt
15. Ömər Kosayev – Sumqayıt
16. Raul Hüseynov – Vətən
17. Furqan Musayev – Beşiktaş (Türkiyə)
18. Şikar Şikar – Neftçi
19. Murad İsmayılov – Qarabağ
20. Cavidan Əlizadə – Qarabağ
21. Tunar Əsgərzadə – Qarabağ
22. Nicat Rəhimli – Qəbələ
Qeydiyyat: “Neftçi” klubunun oyunçuları milliyə mayın 7-də, çempionat görüşündən sonra qoşulacaqlar.
© Copyright 2025, All Rights Reserved