"Beşiktaş"ın futbolçusu İspaniya La Liqasına gedir

İspaniya La Liqasına yenidən vəsiqə qazanan “Ovyedo” “Beşiktaş”ın futbolçusu Milot Raşiçanı transfer etmək niyyətindədir.
90plus.az xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata əsasən, İspaniya təmsilçisi kosovolunu heyətinə cəlb etmək üçün “Beşiktaş”la danışıqlara start verib.
“Ovyedo” 29 yaşlı cinah oyunçusunu əsasən icarə əsasında heyətinə qatmaq istəyir. Raşiçanın İstanbul klubu ilə olan müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir.
“Beşiktaş” Milotun transferi üçün 7 milyon avro təzminat tələb edir.
Qeyd: Raşiça indiyə qədər “Vuştria” və “Kurda” (hər ikisi Kosovo), “Vitess” (Niderland), “Verder Bremen” (Almaniya), “Norviç Siti” (İngiltərə) və “Qalatasaray” kimi klubların formasını geyinib.
© Copyright 2025, All Rights Reserved