"Beşiktaş"ın ingilis transferi baş tutmadı

"Beşiktaş"a keçidi reallaşmayan Kayl Uolker-Petersin yeni komandası bəlli olub.
90plus.az xəbər verir ki, ingilis futbolçu karyerasını vətənində davam etdirəcək. Bu barədə insayder Fabritsio Romano xəbər verib.
Uolker-Peters "Vest Hem"lə razılıq əldə edib. 28 yaşlı sağ cinah müdafiəçisi London təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq.
Xatırlatma: Kayl Uolker-Petersin son komandası "Sauthempton" olub. Onun İngiltərə klubundakı müqaviləsi 30 iyunda başa çatıb.
© Copyright 2025, All Rights Reserved