"Beşiktaş"ın müdafiəçisi sıradan çıxdı
"Beşiktaş" klubunda ciddi itki baş verib.
90plus.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Emirhan Topçu sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyəli futbolçu Super Liqanın 23-cü turunda Göztepe ilə oyunda ayaq əzələsindən zədələnib. 25 yaşlı mərkəz müdafiəçisinin 4–6 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
“Beşiktaş” Emirhan Topçuu 2024-cü ilin yayında Rizespordan 3,4 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm “qara qartallar”ın heyətində 24 rəsmi oyunda iştirak edərək 1 qol vurub.
© Copyright 2026, All Rights Reserved