"Beşiktaş"ın sabiq futbolçusu axtarışa verildi
İstanbul Cumhuriyyət Baş Prokurorluğu Türkiyə millisinin sabiq hücumçusu Batuhan Karadeniz üçün “qırmızı bülleten” çıxarıb və onu beynəlxalq axtarışa verib.
90plus.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Hazırda ölkə xaricində olan veteran futbolçu sosial şəbəkələrdə qanunsuz mərc fəaliyyətlərini təşviq etməkdə ittiham olunur. “Beşiktaş”ın keçmiş forvardının bütün daşınar və daşınmaz əmlakına, həmçinin bank hesablarına məhdudiyyət qoyulub.
Qeyd: Batuhan Karadeniz “Beşiktaş”ın yetirməsidir. 34 yaşlı sabiq oyunçu karyerası ərzində “Eskişehirspor”, “Trabzonspor” və “Sivasspor” kimi klublarda çıxış edib və Türkiyə millisində 2 oyun keçirib.
© Copyright 2026, All Rights Reserved