"Beşiktaş"ın sabiq futbolçusu İran klubunda

"Hatayspor"dan ayrıldıqdan sonra azad futbolçu kimi çıxış edən Vensan Abubakarın yeni komandası bəlli olub.
90plus.az xəbər verir ki, kamerunlu hücumçu futbol karyerasını İran çempionatında davam etdirəcək.
"İstiqlal" klubu Abubakarla razılığa gəlib. 34 yaşlı hücumçu yaxın günlərdə İran Pro Liqasının təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq.
Xatırlatma: Vensan Abubakar "Hatayspor"a ötən yay "Beşiktaş" klubundan transfer olunmuşdu. Təcrübəli hücumçu Super Liqada 28 rəsmi qarşılaşmada meydana çıxaraq 8 qol vurub və 2 qol ötürməsi edib.
© Copyright 2025, All Rights Reserved