"Betis" İsko ilə "nikah təzələyir"
İspaniyanın “Betis” klubu komandanın aparıcı futbolçularından biri olan İsko ilə müqaviləni yeniləməyə hazırlaşır.
90plus.az xəbər verir ki, Sevilya təmsilçisi 33 yaşlı yarımmüdafiəçi ilə yolları ayırmaq fikrində deyil. Yeni sözləşmənin ən azı 2028-ci ilə qədər uzadılması planlaşdırılır. Razılaşma həyata keçəcəyi təqdirdə, İsko komanda yoldaşı Antoni ilə birlikdə klubun ən çox qazanan futbolçuları sırasında yer alacaq.
Hazırda yarımmüdafiəçi bonuslar daxil olmaqla mövsüm ərzində 7,8 milyon avro məvacib alır. Məlumata görə, İsko “Betis”də qalmaqdan razıdır və yaxın gələcəkdə klubdan ayrılmağı düşünmür.
Qeyd: Avqust ayında aldığı ağır zədədən sonra bərpa prosesini tamamlayan İskonun beynəlxalq fasilədən sonra meydana qayıtması gözlənilir.
© Copyright 2025, All Rights Reserved