Bəhlul Mustafazadə: “Çalışırıq, hələlik nəticə yoxdur”

Bəhlul Mustafazadə: “Çox çalışırıq, amma hələlik nəticə yoxdur”.
90plus.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə Macarıstana qarşı keçirilən oyundan sonra (1:2) komanda adına məyusluğunu gizlətməyib. O, matçdan sonra verdiyi açıqlamada futbolçuların bu çətin durumdan çıxmaq üçün əllərindən gələni etdiyini bildirib.
“Komanda olaraq çox məyusuq. İnanın ki, bu vəziyyətdən çıxmaq üçün çox çalışırıq. Təəssüf ki, nəticə istədiyimiz kimi olmadı və uduzduğumuz üçün üzülürük,” – deyə Mustafazadə bildirib.
Təcrübəli futbolçu oyunun gedişatını da təhlil edib:
“Qarışıq oyun oldu. Əslində, matçın sonunda heç-heçəyə çox yaxın idik. Amma görüşün əvvəlində yaxşı təsir bağışlamadıq, erkən qol buraxdıq. Sonradan hesabı bərabərləşdirdik, lakin rəqib növbəti qolu tez tapdı. Fasilədən sonra daha yaxşı oynadıq, qol epizodlarımız da oldu, lakin onları reallaşdıra bilmədik.”
Mustafazadə rəqibin gücünü də qəbul edib:
“Macarıstan yaxşı komandadır, bunu qəbul etməliyik.”
Müdafiəçi sonda azarkeşlərin dəstəyinə ehtiyac duyduqlarını vurğulayıb.
Qeyd: Bu oyun Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindən öncə sonuncu sınağı idi. Komandamız seçmə mərhələyə sentyabr ayında start verəcək. Rəqiblər isə Fransa, Ukrayna və İslandiya yığmaları olacaq.
© Copyright 2025, All Rights Reserved