Bir zamanların "Qızıl oğlan"ı Meksika klubuna keçir

Antoni Marsial karyerasını Meksikada davam etdirə bilər.
90plus.az xəbər verir ki, “Sky Sport”un məlumatına əsasən, Yunanıstanın AEK klubunda çıxış edən fransalı hücumçuya Meksikanın “UNAM Pumas” klubu rəsmi təklif göndərib.
Meksika təmsilçisi Marsialı icarəyə cəlb etmək niyyətindədir və artıq AEK-lə danışıqlara start verib. 28 yaşlı futbolçunun Afina klubu ilə olan müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir.
Qeyd: Antoni Marsial daha əvvəl “Lion”, “Monako”, “Mançester Yunayted” və “Sevilya” klublarının formasını geyinib. O, 2024-cü ildə AEK-ə transfer olunub. Futbolçu 2015-cı ildə Avropada oynayan ən yaxşı gənc oyunçuya verilən "Qızıl oğlan" mükafatına layiq görülmüşdü.
© Copyright 2025, All Rights Reserved