"Biz futbol biznesinin aparıcı rollarıyıq"

“Mançester Siti”nin futbolçusu Rodri oyunların təqviminin sıxlığından şikayətlənib.
90plus.az BBC-yə istinadən xəbər verir ki, 28 yaşlı ispaniyalı yarımmüdafiəçi futbolçuların etiraz aksiyası keçirməyə yaxın olduğunu bildirib:
“Bunu asanlıqla başa düşmək olar. Bu haqda digər futbolçuya da sual versəniz, eyni şeyi deyəcək. Təkcə mənim fikrim deyil. Düşünürəm, bu, ümumi futbolçuların mövqəyidir. Hər şey bu cür davam etsə, məncə, elə an gələcək ki, futbolçuların başqa seçimi olmayacaq. Bilmirəm, nə olacaq, amma biz buna görə narahatıq. Çünki təqvimə görə əziyyət çəkən bizik. Düşünürəm, artıq hədd aşılıb. Kimsə bizə qayğı göstərməlidir, çünki biz bu idmanın və ya biznesin aparıcı rollarını daşıyırıq”.
© Copyright 2025, All Rights Reserved