"Bizim uşaqlar" Dünya çempionatının finalında!

Bu gün Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin qarşılaşmaları baş tutur.
90plus.az xəbər verir ki, hər iki oyun eyni gündə keçirilir.
Azərbaycan yığması bu mərhələdə Monteneqro komandası ilə qarşılaşıb. Matç millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da yığmamız finala vəsiqə qazanıb. Qələbə qollarımızı Ağaseyid Qasımov və Ramiz Çovdarov vurublar.
Qollar: https://t.me/doxsanplus/103490
Digər yarımfinal oyununda isə Macarıstan və Serbiya komandaları üz-üzə gələcək.
Xatırlatma: Azərbaycan yığması qrup mərhələsində Bəhreynlə 1:1 hesablı heç-heçə edib, Sloveniya və Mavritaniya üzərində isə müvafiq olaraq 4:0 və 2:0 hesabı ilə qələbə qazanıb. Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv 1/8 final mərhələsində son dünya çempionu Rumıniyanı penaltilər seriyasında məğlub edib (əsas vaxt – 1:1, penalti – 2:1). Yığmamız 1/4 finalda isə İngiltərə üzərində 2:1 hesabı ilə üstünlük qazanıb.
© Copyright 2025, All Rights Reserved