BOK Koreyadan üzr istədi

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Paris 2024-də Koreya yığmasının səhv olaraq Koreya Xalq Demokratik Respublikasının (KXDR) komandası kimi təqdim edilməsinə görə Cənubi Koreya rəhbərliyindən üzr istəyib.
90plus.az xəbər verir ki, BOK qurumun "X" sosial şəbəkə hesabında belə qeyd olunub:
"Olimpiadanın açılış mərasiminin yayımında koreyalı idmançıların təqdimatı zamanı baş vermiş səhvə görə üzr istəyirik".
Koreya Respublikasının Milli Olimpiya Komitəsi fransalı təşkilatçılardan gələcəkdə belə səhvlərə yol verməməyi xahiş edib.
© Copyright 2025, All Rights Reserved