“Boka Xuniors” Dibalanı hədəfləyib
“Boka Xuniors” Paulo Dibalanı transfer etmək istəyir – lakin danışıqlar yoxdur.
90plus.az xəbər verir ki, Argentinanın “Boka Xuniors” klubu Paulo Dibalani 2026-cı il üçün əsas transfer hədəflərindən biri kimi görür. Bununla belə, hazırda futbolçunun yanvar transfer pəncərəsində komandaya qoşulması ilə bağlı hər hansı rəsmi danışıqlar aparılmır.
Mənbələrin məlumatına görə, Dibalanın əsas prioriteti cari mövsümü “Roma”nın heyətində başa vurmaqdır. 30 yaşlı hücumçu gələcəyi ilə bağlı qərarı daha sonra verməyi planlaşdırır.
Qeyd: argentinalı futbolçunun “Roma” ilə mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
© Copyright 2025, All Rights Reserved