“Bornmut” 127 ildə ilk dəfə avrokuboklarda
"Bornmut” İngiltərə Premyer Liqasında “Mançester Siti” ilə dramatik keçən oyunda 1:1 hesablı heç-heçə edərək klub tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb. Beləliklə, 127 illik tarixində ilk Avropa bileti rəsmiləşib.
90plus.az xəbər verir ki, gənc hücumçu Eli Junior Krupi mövsümdə Premyer Liqadakı 13-cü qolunu vuraraq, yeniyetmə futbolçular arasında daha əvvəl Robbi Fauler və Robbi Kinə məxsus rekordları geridə qoyub.
Oyunun sonlarında Erlinq Haaland “Mançester Siti”yə bərabərlik qolunu qazandırıb. Amma bu nəticə həm də “Arsenal”ın 22 ildən sonra çempionluğunu rəsmiləşdirib.
Andoni İraolanın rəhbərliyi altında “Bornmut” hazırda 55 xalla 6-cı pillədə qərarlaşıb və minimum Konfrans Liqasına vəsiqəni təmin edib. Komanda son turda qələbə qazanacağı halda isə növbəti mövsüm Avropa Liqasına yüksələ bilər.
© Copyright 2026, All Rights Reserved