“Bornmut” klubunun sahibi “Oskar” qazandı
Maykl B. Cordanın uğuru “Bornmut”u da gündəmə gətirdi – “Oskar” gecəsində futbol izi...
90plus.az xəbər verir ki, məşhur aktyor “Sinners” filmindəki roluna görə “Ən yaxşı aktyor” mükafatını qazanaraq karyerasında önəmli uğura imza atıb. Lakin bu uğur təkcə kino ilə məhdudlaşmır. Cordan eyni zamanda “Bornmut” klubunun həmsahiblərindən biridir.
O, 2022-ci ilin dekabrında amerikalı iş adamı Bill Foley rəhbərliyindəki investor qrupunun tərkibində “Bornmut”un azlıq səhmdarına çevrilmişdi. Aktyor daha əvvəl klub haqqında danışarkən onun böyük potensial gördüyünü və inkişaf perspektivinə inandığını bildirmişdi:
“Bu komandada böyük potensial və inkişaf imkanı gördüm. Onların hekayəsini sevdim. Klubun tarixi çox maraqlıdır və bu yeni mərhələnin bir hissəsi olmaq mənim üçün çox xoşdur”.
Son dövrlərdə “Bornmut” həm meydanda, həm də klub strukturu baxımından inkişaf edən komandalar arasında göstərilir. Qlobal ulduzun klubda pay sahibi olması isə komandanın beynəlxalq imicinə əlavə dəyər qatır.
Qeyd: “Oskar” gecəsində Bornmut Universitetinin məzunları da müxtəlif layihələrdə iştirak edərək mükafat qazanan filmlərdə yer alıblar.
© Copyright 2026, All Rights Reserved