“Bornmut” “Man Yunayted”ə güc göstərdi
"Bornmut" və “Mançester Yunayted” 2-2 hesablı bərabərliklə ayrıldı. Vitaliti Stadionunda baş tutan qarşılaşmada "Bornmut" iki dəfə geri düşsə də, “Mançester Yunayted”lə bərabərlik əldə edib.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 31-ci turunda baş tutan bu nəticə ilə “Mançester Yunayted” 55 xalla üçüncü pillədə qalır, “Mançester Siti”dən 6 xal geri, “Aston Villa”dan isə 4 xal öndədir. "Bornmut" isə 42 xalla 10-cu pillədə, “Nyukasl”dan qol fərqi ilə geridədir.
Bornmut 2 - 2 Man Yunayted
B. Fernandeş 61’ (p)
R. Christie 67’
J. Hill 71’ (ö.q.)
E.J. Kroupi 81’ (p)
Qollar: https://t.me/doxsanplus/115528
"Bornmut" növbəti dəfə lider "Arsenal"la qarşılaşacaq, “Mançester Yunayted” isə "Lids"i qəbul edəcək.
© Copyright 2026, All Rights Reserved