“Bornmut”un baş məşqçisi “Arsenal” üçün vacib oyundan danışdı
“Bornmut”un baş məşqçisi Andoni Iraola “Arsenal”ın çalışdırıcısı Mikel Artetanın “Mançester Siti” ilə oyunda onların tərəfini saxlayacağını bildiyini deyib.
90plus.az xəbər verir ki, vacib qarşılaşma öncəsi bu barədə sualı cavablandıran İraola belə danışıb:
“Düşünürəm ki, bu gün bizə azarkeşlik edəcək. Amma o, qarşı tərəfdə də çox insan tanıyır. Mən qalib gəlmək istəyirəm, çünki bu oyun bizim üçün çox önəmlidir və böyük fürsətimiz var.
Oyuna olan marağı başa düşürəm, amma bunu “Bornmut” üçün etmək istəyirəm. Bu həftə əlaqə saxlamamışıq. Mövsüm bitəndən sonra mütləq danışacağıq”.
Qeyd: “Bornmut”un "Mançester Siti" ilə matçda qələbə qazanması və ya heç-heçə etməsi "Arsenal"ın 2025/26 mövsümünün Premyer Liqa çempionu olmasını təmin edəcək.
"Bornmut - Man Siti" oyunu bu gün saat 22:30-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved