"Borussia"nın futbolçusundan tarixi uğur
Almaniyada Bundesliqasında tarixi bir gecə yaşandı. “Borussiya Dortmund” doğma meydanda “Maynts 05” üzərində 3:0 hesablı qələbə qazandığı matçda Julian Ryerson klub tarixində rekord imza atdı.
90plus.az xəbər verir ki, Ryerson "Borussiya Dortmund" tarixində ilk dəfə bir Bundesliga matçının ilk yarısında üç asist edən futbolçu oldu. O, 10 və 42-ci dəqiqələrdə Serhou Girassinin qollarına, 15-ci dəqiqədə isə Maksimilian Bayerin qoluna mükəmməl ötürmələr etdi.
Matçın 84-cü dəqiqəsində Ryerson dördüncü asisti də verə bilərdi, amma “Maynts” öz qapısına qol vurdu.
Bu qələbə ilə “Borussiya Dortmund” həm əzici oyun nümayiş etdirdi, həm də Ryersonun rekordunu qeyd edərək Bundesliqada unudulmaz anlar yaşatdı.
© Copyright 2026, All Rights Reserved