"Borussiya" Çempionlar Liqasına ümidini saxladı

90plus.az xəbər verir ki, Bundesliqanının 33-cü turu çərçivəsində "Borussiya Dortmund" səfərdə "Bayer Leverkuzen" ilə qarşılaşıb. "BayArena" stadionunda keçirilən oyunda qonaq komanda 4:2 hesablı qələbə qazanıb.
"Borussiya Dortmund"un qollarını 33-cü dəqiqədə Brandt, 43-cü dəqiqədə Ryerson, 73-cü dəqiqədə Adeyemi və 77-ci dəqiqədə Guirassy vurublar.
"Leverkuzen"in qolları isə 31-ci dəqiqədə Frimpong və 90+2-ci dəqiqədə Hofmann tərəfindən vurulub.
Bu nəticə ilə Dortmund klubu Bundesliqada son tur öncəsi əhəmiyyətli qələbə əldə edib və Çempionlar Liqasına vəsiqə şansını qoruyub.
© Copyright 2025, All Rights Reserved