"Borussiya Dortmund" baş məşqçi Niko Kovaçla yola davam

Almaniyanın 1-ci Futbol Liqası – Bundesliqa təmsilçisi "Borussiya Dortmund" baş məşqçi Niko Kovaçla müqaviləsini 2027-ci ilə qədər uzadıb.
90plus.az xəbər verir ki, klubdan verilən rəsmi açıqlamada bildirilib ki, 53 yaşlı xorvatiyalı mütəxəssislə müqavilə 30 iyun 2027-ci il tarixinədək uzadılıb. İmzadan sonra fikirlərini bölüşən Kovaç "Borussiya Dortmund"u əvvəlki şöhrətli günlərinə qaytarmaq üçün əlindən gələni edəcəyini bildirib:
“Son altı ayda komanda ilə birlikdə böyük irəliləyişə nail olduq. Baş məşqçi olaraq bizə olan etimadı hiss edirik və hesab edirik ki, klub və azarkeşlərlə birlikdə burada xüsusi uğurlar əldə edə bilərik. Son həftələrdə apardığımız danışıqlar bu klubda uzunmüddətli uğurlar qazana biləcəyimizə inamımı daha da artırdı.”
Xatırlatma: Niko Kovaç bu ilin fevral ayında "Nuri Şahin"in əvəzində "Borussiya Dortmund"a baş məşqçi təyin olunmuşdu. O, daha əvvəl 2019-cu ildə "Bavariya" klubunun sükanı arxasında Bundesliqa çempionluğu yaşamışdı.
© Copyright 2025, All Rights Reserved