"Borussiya Dortmund" Braziliya millisinin üzvünü transfer etdi
Kauan Prates “Borussiya” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.
90plus.az xəbər verir ki, Bundesliqa nəhəngi “Kruzeyro”dan Kauan Pratesin keçidini həll edib. Klubun mətbuat xidməti də bu xəbəri təsdiqləyib.
“Borussiya” braziliyalı futbolçu üçün klubuna 7+5 milyon avro təzminat ödəyəcək. 17 yaşlı sol cinah müdafiəçisi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd: Braziliya U-17 millisinin üzvü olan Kauan Prates yayda Dortmund təmsilçisinin düşərgəsinə qoşulacaq.
© Copyright 2026, All Rights Reserved