"Borussiya Dortmund" "Çelsi"dən futbolçu aldı

Dortmundun "Borussiya" klubu "Çelsi"nin yarımmüdafiəçisi Karni Çukvuemekanı transfer edib. Almaniya təmsilçisinin mətbuat xidməti bu barədə rəsmi məlumat yayıb.
90plus.az xəbər verir ki, 21 yaşlı futbolçu ötən mövsümün ikinci yarısını və klublararası dünya çempionatını icarə əsasında "Borussiya"da keçirib. O, Almaniya klubu ilə 2030-cu ilin 30 iyun tarixinədək nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd: Gənc yarımmüdafiəçi ötən mövsüm "Borussiya"nın heyətində 17 matçda meydana çıxıb və 1 dəfə rəqib qapısına yol tapıb.
© Copyright 2025, All Rights Reserved