"Borussiya Dortmund" son turda ÇL-a vəsiqə qazandı

90plus.az xəbər verir ki, Bundesliqada tarixinin ən zəif mövsümlərindən birini keçirən “Borussiya Dortmund” çempionatın son turunda “Kiel” üzərində 3:0 hesablı qələbə qazanaraq növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına qatılmaq hüququ əldə edib.
Mövsümə baş məşqçi Nuri Şahinlə başlayan “Borussiya Dortmund” daha sonra yollarını ayıraraq komandaya Niko Kovaçı gətirmişdi. Yeni baş məşqçinin rəhbərliyi altında toparlanmağı bacaran Dortmund klubu “Signal Iduna Park” stadionunda keçirilən qarşılaşmada üstün oyun nümayiş etdirib.
Qarşılaşmada “Borussiya Dortmund”un qollarını 3-cü dəqiqədə Girasiy, 47-ci dəqiqədə Sabitser və 73-cü dəqiqədə Nmeça vurublar.
Mövsüm ərzində 10-cu pilləyə qədər geriləyən Dortmund təmsilçisi Bundesliqanı 4-cü yerdə başa vuraraq Çempionlar Liqasına qatılmaq şansını qoruyub.
© Copyright 2025, All Rights Reserved