“Borussiya Dortmund” uddu, Girassi parladı
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasında “Borussiya Dortmund” doğma meydanda “Atalanta”nı 2:0 hesabı ilə məğlub edərək cavab oyunu öncəsi ciddi üstünlük qazandı.
90plus.az xəbər verir ki, görüşə sürətli başlayan Almaniya təmsilçisi artıq 3-cü dəqiqədə hesabı açdı. Komandanın hücumçusu Seru Girassi rəqib müdafiənin səhvindən maksimum yararlanaraq topu qapıdan keçirdi.
Dortmund klubu ilk hissənin sonlarına yaxın fərqi artırdı. 42-ci dəqiqədə Maksimilian Bayer dəqiq zərbə ilə komandasının üstünlüyünü möhkəmləndirdi – 2:0.
İkinci hissədə hesab dəyişməsə də, meydan sahibləri oyuna nəzarəti əldən vermədi və qapısını toxunulmaz saxlayaraq vacib “clean sheet”lə meydandan ayrıldı. Bu nəticə “Borussiya Dortmund”a cavab görüşü öncəsi psixoloji və taktiki üstünlük qazandırdı.
Seru Girassi son iki mövsümdə Çempionlar Liqasında yüksək məhsuldarlıq nümayiş etdirir:
23 oyun; 17 qol; 9 assist.
Hücumçu yenə də komandasının əsas silahı olduğunu sübut etdi. Cavab qarşılaşması “Atalanta”nın meydanında keçiriləcək:
Borussiya Dortmund 2 - 0 Atalanta
S. Girassi 3’
M. Beier 42’
Qollar: https://t.me/doxsanplus/114546
© Copyright 2026, All Rights Reserved