“Borussiya Dortmund” udub 2-yə qalxdı
Bundesliqanın 17-ci turunda "Borussiya Dortmund" “Signal İduna Park”da "Verder Bremen"i məğlub etdi.
90plus.az xəbər verir ki, Seru Girassi 7 oyundan sonra Bundesliqada qol həsrətinə son qoydu. Dortmund oyuna tam nəzarət etdi və layiqli qələbə qazandı:
Borussiya Dortmund 3 - 0 Verder
Şlotterbek 11’
Sanitser 76’
S. Girassi 83’
Bu nəticədən sonra Dortmund 36 xalla 2-ci pilləyə yüksəldi və lider Bayern Münhenlə xal fərqini 8-ə endirdi.
Turnir cədvəli (ilk 4):
1.Bayern Münhen – 44 xal
2.Borussiya Dortmund – 36 xal
3.Ştutqart – 32 xal
4.Leypsiq – 29 xal (2 oyun ehtiyatda)
© Copyright 2026, All Rights Reserved