"Borussiya Dortmund"a yeni sponsor

Dortmundun “Borussiya” klubu “Vodafone” şirkəti ilə tərəfdaşlıq münasibətləri qurduğunu elan edib.
90plus.az xəbər verir ki, Almaniya təmsilçisi ilə dünyanın aparıcı mobil rabitə operatorlarından biri arasında 5 illik müqavilə bağlanıb. Böyük Britaniyaya məxsus bu şirkət “Borussiya”nın əsas sponsoru kimi çıxış edəcək.
Qara rəngdə olan “Vodafone” loqosu 2025/26 mövsümündən etibarən Dortmund klubunun formasının ön hissəsində yer alacaq.
Qeyd: “Vodafone” daha əvvəl “Mançester Yunayted” və UEFA Çempionlar Liqasının sponsoru kimi çıxış edib.
© Copyright 2025, All Rights Reserved