"Borussiya Dortmund"da 2 ayrılıq birdən
Mövsüm başa çatdıqdan sonra iki futbolçu “Borussiya”dan ayrılacaq.
90plus.az xəbər verir ki, söhbət müdafiəçi Niklas Süle və yarımmüdafiəçi Salih Özcandan gedir. Bu barədə “Sky Sports” telekanalı məlumat yayıb.
Dortmund klubu yayda müqaviləsi bitəcək hər iki oyunçu ilə yeni sözləşmə imzalamağı planlaşdırmır. Beləliklə, mövsümün sonunda onlar azad agent kimi komandadan ayrılacaqlar.
Niklas Süle və Salih Özcan 2022-ci ilin yayından etibarən “Borussiya”nın formasını geyinirlər.
© Copyright 2026, All Rights Reserved