"Borussiya Dortmund"da Emre Can şoku: Sezonu bağladı
Almaniya Bundesliqasının 24-cü turunda "Borussiya Dortmund" səfərdə "Bayern Münhen" ilə qarşılaşdı.
90plus.az xəbər verir ki, 3:2 hesabı ilə məğlub olan Dortmund komandasında Emre Can 45-ci dəqiqədə zədələnərək oyunu davam etdirə bilməmişdi.
32 yaşlı təcrübəli futbolçunun sol diz çapraz bağlarının qopduğu açıqlanıb. Bu səbəbdən Emre Can qalan mövsüm boyunca forma geyə bilməyəcək.
"Borussiya Dortmund"un İdarə Direktoru Sebastian Kehl açıqlamasında bildirib: “O, komandamızın kapitanıdır, həmişə özünü komandaya həsr edir və klubumuzun vacib bir hissəsidir. Önümüzdəki aylarda Emre'nin tam sağalması üçün ona tam dəstək verəcəyik.”
Emre Can ilə "Borussiya Dortmund" arasındakı müqavilə mövsüm sonunda başa çatacaq.
© Copyright 2026, All Rights Reserved