"Borussiya Dortmund"da Girassi şoku

"Borussiya Dortmund"un hücumçusu Serhou Girassi çiynindən zədələndi.
90plus.az xəbər verir ki, "Borussiya Dortmund"un "Haydenhaym" üzərində 2:0 hesablı qələbəsində Serhou Girassi 33-cü dəqiqədə hesabı açaraq komandasını önə keçirdi. Qvineyalı hücumçu mövsümün əvvəlindən bəri Dortmund klubunun keçirdiyi bütün rəsmi oyunlarda qol vurmağı bacarıb.
Lakin bu qarşılaşmada bəzi narahatedici məqamlar da müşahidə olunub. Belə ki, matç zamanı Girassi dəfələrlə çiynini tutaraq narahatlıq keçirdiyini göstərib. Almaniyanın ZDF kanalında yayımlanan "Sportstudio" verilişində bildirilib ki, 29 yaşlı futbolçunun çiynində qançır yaranıb.
Əgər Girassi "Yuventus"la keçiriləcək Çempionlar Liqası oyununu buraxmalı olsa, bu, "Borussiya Dortmund" üçün ciddi itki ola bilər. "WAZ" nəşrinin məlumatına görə, dəqiq diaqnoz hələlik açıqlanmayıb. Bununla belə, klub rəhbərliyi vəziyyətin ciddi olmadığını və Qvineyalı hücumçunun növbəti oyunu buraxmayacağını düşünür.
© Copyright 2025, All Rights Reserved