“Borussiya Dortmund”dan vacib qələbə gəldi
“Borussiya Dortmund”dan vacib qələbə: Girassi susqunluğunu pozdu, komanda ikinci pilləyə yüksəldi.
90plus.az xəbər verir ki, “Borussiya Dortmund” Bundesliqada “Bayern Münhen”ə məğlubiyyətdən sonra toparlanmağa davam edir. Dortmund klubu səfərdə “Auqsburq”u 1:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci qələbəsini qazandı.
Matçın yeganə qolunu 37-ci dəqiqədə Seru Girassi vurub. O, Bundesliqada 4 oyundur davam edən qolsuzluq seriyasına son qoyaraq komandasına mühüm üç xal qazandırıb.
Bu nəticə ilə Niko Kovaçın komandası turnir cədvəlində 2-ci pilləyə yüksəldi və lider “Bayern Münhen”lə xal fərqini 4-ə endirdi.
Auqsburq 0:1 Borussiya Dortmund
Girassi 37’
Dortmund klubunun ardıcıl qələbə seriyasını davam etdirib-etdirməyəcəyi növbəti turda məlum olacaq. Komanda əsas rəqibi “Bayern Münhen”i sıx təqib edir və zirvə mübarizəsində iddialı görünür.
© Copyright 2025, All Rights Reserved