“Dortmund” “Leverkuzen”ə uduzdu
“Bayer Leverkuzen” səfərdə “Borussiya Dortmund”u məğlub etdi.
90plus.az xəbər verir ki, Almaniya Bundesliqasının 29-cu turunda “Borussiya Dortmund” öz meydanında “Bayer Leverkuzen”i qəbul edib. Gərgin keçən qarşılaşmada qonaqlar minimal hesablı qələbə qazanıblar.
Matçın taleyini 42-ci dəqiqədə vurulan yeganə qol həll edib. “Bayer Leverkuzen”in 31 yaşlı kapitanı, müdafiəyönümlü yarımmüdafiəçi Robert Andrix uzaq məsafədən möhtəşəm zərbə ilə fərqlənərək komandasını önə keçirib.
Qalan dəqiqələrdə “Borussiya Dortmund” hesabı bərabərləşdirməyə çalışsa da, Leverkuzen təmsilçisi üstünlüyünü qoruyub və vacib üç xalı aktivinə yazdırıb:
Borussiya Dortmund 0 - 1 Bayer 04
Robert Andrix 42’
Bu nəticədən sonra “Borussiya Dortmund” turnir cədvəlində 2-ci, “Bayer Leverkuzen” isə 5-ci pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved