Bosniyalı futbolçulardan İsrailə etiraz - FOTO
UEFA U-21 Avropa Çempionatı seçmə mərhələsində keçirilən Bosniya və Herseqovina – İsrail qarşılaşması maraqlı anlarla yadda qalıb.
90plus.az xəbər verir ki, 2027-ci il U-21 Avropa Çempionatının seçmə mərhələsinin G qrupu çərçivəsində baş tutan oyunda Bosniya və Herseqovina və İsrail gənclər yığmaları Macarıstanın Budaörş şəhərində, neytral meydanda üz-üzə gəlib.
Matçdan əvvəl təşkil olunan rəsmi seremoniyada diqqətçəkən hadisə yaşanıb. Belə ki, “Bosniya və Herseqovina” futbolçularının böyük əksəriyyəti əvvəlcə hakimlərlə salamlaşsa da, daha sonra “İsrail” millisinin oyunçuları ilə əl sıxmaqdan imtina edib.
Qarşılaşmadan öncə baş verən bu hadisə qısa zamanda ictimaiyyətin diqqətini cəlb edib və geniş müzakirələrə səbəb olub. Hadisənin səbəbi ilə bağlı isə rəsmi açıqlama verilməyib.
© Copyright 2026, All Rights Reserved