Bosniyalı topdaşıyan Donnarummanın kağızını oğurlayıb
Bosniya televiziyası Dünya Çempionatının pley-off oyunu zamanı Canluici Donnarummanın penalti vuranların siyahısı yazılmış kağızını oğurlayan topdaşıyandan müsahibə alıb.
90plus.az xəbər verir ki, onun adı Afan Çizmıçdır, 14 yaşı var və öz komandasında ən böyük ulduz sayılır (12 oyunda 18 qol vurub).
Afan bildirib ki, Donnarumma kağızı qapıdan xeyli uzaqda, dəsmalının yanında gizlətmişdi. Fürsət yaranan kimi isə gedib onu götürüb.
Onunla müsahibə aparan Bosniya televiziya kanalı Afanı Dünya Çempionatına aparmaq niyyətindədir.
© Copyright 2026, All Rights Reserved