"Boston"un seriyası sona çatdı - "Nyu-York Niks" uddu
NBA-nın Şərq Konfransında liderlik mübarizəsi aparan komandaların qarşılaşmasında “Nyu-York Niks” “Boston Seltiks” üzərində inamlı qələbə qazanıb. Görüş “Nyu York Niks”in 111–89 hesablı qələbəsi ilə başa çatıb.
90plus.az xəbər verir ki, “Nyu-York Niks”in heyətində Ceylen Branson 31 xal və 8 məhsuldar ötürmə ilə oyunun ən diqqətçəkən oyunçusu olub. Coş Hart 19 xalla komandasına töhfə verib. Karl-Entoni Tauns isə 11 xal və 10 ribaundla dabl-dabl edib.
Beş oyunluq qələbə seriyası başa çatan “Boston Seltiks”də Ceylen Braun 26 xal, Derrik Uayt isə 19 xal toplayıb.
Digər qarşılaşmada “Los Anceles Klippers” “Minnesota Timbervulvz”u 115–96 hesabı ilə məğlub edib.
“Target Senter”də keçirilən oyunda Kavai Leonard 41 xal və 8 ribaundla komandasını qələbəyə daşıyıb. Con Kollinz və Yanik Konan Niderhauzer hərəyə 15 xalla qələbəyə töhfə veriblər.
“Minnesota Timbervulvz”da Entoni Edvards 23 xal, Culius Rendl isə 17 xal və 8 ribaundla çıxış edib. “Çikaqo Bulls”dan transfer edildikdən sonra “Minnesota Timbervulvz” forması ilə ilk oyununa çıxan Ayo Dosunmu qarşılaşmanı 11 xal və 2 top oğurluğu ilə başa vurub.
© Copyright 2026, All Rights Reserved