“Botafoqo” faciə yaşayan istedadı aldı

“Botafoqo” faciə yaşayan gənc istedadı heyətinə qatdı.
90plus.az xəbər verir ki, Braziliyanın “Botafoqo” klubu akademiyasına yeni bir istedad – Bernardo Lopes adlı gənc futbolçunu cəlb edib. 🇧🇷⚽️
Bernardonun həyatı kiçik yaşlarından sınaqlarla dolu olub. O, cəmi bir yaşında olarkən üzərinə qaynar su dolu bir qazan tökülüb və bu hadisə nəticəsində ağır yanıq xəsarətləri alıb. Həkimlər onun sağ qalma ehtimalını çox az hesab etsələr də, möcüzə nəticəsində yeddi ay xəstəxanada müalicə aldıqdan sonra həyata qayıda bilib. 🙌
Uşaqlıq illərində keçirdiyi ağrılara baxmayaraq, Bernardo futbol sevgisindən heç vaxt vaz keçməyib. O, bir neçə ay əvvəl skautların iştirak etdiyi turnirdə çıxış edib və performansı ilə “Botafoqo” nümayəndələrinin diqqətini cəlb edib. Klub rəhbərliyi onun potensialını yüksək qiymətləndirərək, akademiyaya transfer olunmasına qərar verib.
Bernardo Lopes indi “Botafoqo” akademiyasında öz arzusuna doğru addımlayır və Braziliya futbolunun gələcək ulduzlarından biri olmağı hədəfləyir. 🌟
© Copyright 2025, All Rights Reserved