Boyan Letiç “Sabah”dan getdi
“Sabah” FK müdafiəçi Boyan Letiçlə əməkdaşlığa son qoyub.
90plus.az xəbər verir ki, klubun yaydığı rəsmi açıqlamaya görə, tərəflər arasında mövcud müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Boyan Letiç 2022-ci ilin fevralından etibarən “Sabah”ın formasını geyinirdi və bu müddət ərzində komandanın heyətində 125 oyunda meydana çıxıb.
33 yaşlı müdafiəçi klub tarixində xüsusi yer tutan futbolçulardandır. O, “Sabah”ın tarixində ən çox oyun keçirən ikinci futbolçu olmaqla yanaşı, komandanın avrokuboklarda vurduğu ilk qolun da müəllifidir.
Letiç “Sabah”la birlikdə Azərbaycan Premyer Liqasında gümüş və bürünc medallara sahib çıxıb, həmçinin Azərbaycan Kubokunu qazanıb.
© Copyright 2026, All Rights Reserved