“Böyük Dəbilqə”: 3 medal aldıq
Azərbaycan cüdoçuları Parisdə “Böyük Dəbilqə”ni 3 medalla başa vurdu.
90plus.az xəbər verir ki, Fransa paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində Azərbaycan idmançıları uğurlu çıxışlarını davam etdiriblər.
Zelim Tçkayev (81 kq) finala qədər irəliləyərək gümüş medala sahib olub. Finalda Yaponiya təmsilçisi Yuhei Onoya ilə qarşılaşan Tçkayev qalib gələ bilməyib.
Ötən gün Balabəy Ağayev (60 kq) möhtəşəm çıxışı ilə turnirin qızıl medalını qazanıb, Ruslan Paşayev (66 kq) isə bürünc medala layiq görülüb.
Beləliklə, Azərbaycan komandası Parisdəki turniri 3 medalla – 1 qızıl, 1 gümüş, 1 bürünc başa vurub.
© Copyright 2026, All Rights Reserved