Brahim Dias göz yaşları tökdü, üzr istədi
Brahim Dias AFCON-un bombardiri olsa da, ürəyi kubokda qaldı.
90plus.az xəbər verir ki, AFCON 2025 finalında Seneqala uduzan Mərakeş millisinin üzvü Brahim Dias turnirin bombardiri kimi “Qızıl buts” mükafatını qazanıb. Lakin futbolçu sevinə bilməyib, çünki qalibiyyəti təmin edə bilmədiyi penalti epizodu onun üçün ağır travma olaraq qalıb.
Oyundan sonra Dias paltardəyişmə otağında bütün Mərakeş komandasından üzr istəyib və göz yaşlarına boğulub. Komandanın rəhbərliyi hələ də onun panenka üslubunda penalti vurmaq cəhdinə görə futbolçunu bağışlamayıb. Bu hadisə Mərakeş yığmasını həm psixoloji, həm də emosional baxımdan sarsıdır, oyunçular arasında hələ də gərginlik davam edir.
Bununla bağlı açıqlama verən qapıçı Edouard Mendi isə Brahim Diasın penaltini bilərəkdən qaçırmadığını bildirib:
“Xeyr, əlbəttə ki, yox! Ciddi olmalıyıq, o qol vurmaq istəyirdi. Final matçında, ölkənin 50 ildir titul gözlədiyi bir anda belə bir şey razılaşdıracağımızı düşünürsünüz?”
© Copyright 2026, All Rights Reserved