Brahim Diaz: "Hələki heç nə bitməyib"

”Real Madrid” 2-1 “Atletiko Madrid” matçında “Kral klubu”na qələbə qazandıran qolu vuram Brahim Diaz oyundan sonra danışıb.
90plus.az xəbər verir ki, dünən UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Madrid derbisi baş tutdu. Oyunda "Real"a qələbə gətirən qolun müəllifi Brahim Diaz oyundan sonra maraqlı açıqlamaları ilə yadda qalıb:
”Biz “Real Madrid”ik. Dünyanın ən yaxşı klubu olduğunu sadəcə xatırlayın.
”Real Madrid” olaraq biz istədiyimiz vaxt, istədiyimiz komandaya qalib gələ bilərik.
Bu formanı geyinəndə əlindən gələn hər şeyi etməlisən. Qol gözəl idi, amma hələ bitməyib, hələ cavab matçımız var və əlimizdə olan hər şeyi yenidən verməliyik”.
© Copyright 2025, All Rights Reserved