Brayant və Cordanın imzalı kartları HƏRRACDA

90plus.az xəbər verir ki, ABŞ-da keçirilən hərracda NBA əfsanələri Maykl Cordan və Kobe Brayantın imzalarını daşıyan basketbol kartı 12,9 milyon dollara alıcı taparaq bütün zamanların ən bahalı idman kartı rekordunu yenilədi.
Hərrac evi "Heritage Auctions" nadir və hər birində oyunçuların imzalarının olduğu basketbol kartları və digər əşyaları satışa çıxarıb.
Hərrac zamanı Maykl Cordan və Kob Brayantın imzasını daşıyan kart 12,9 milyon dollara satılaraq əvvəlki rekord olan 2022-ci ildə 12,6 milyon dollara satılan 1952-ci il "Topps Mickey Mantle" kartının rekordunu keçdi.
Kartda həmçinin Cordan və Brayantın portretləri, imzaları və forma loqosu parçaları yer alır. Xüsusilə Cordanın forma parçasının nadir qızıl variant olduğu qeyd edilir.
© Copyright 2025, All Rights Reserved