Braziliya klubu İngiltərədən futbolçu aldı
“Vulverhempton”un futbolçusu Con Arias yenidən Braziliya çempionatına qayıdıb.
90plus.az xəbər verir ki, kolumbiyalı vingerin yeni klubu “Palmeyras” olub. Bu barədə Braziliya A Seriyası təmsilçisinin mətbuat xidməti rəsmi açıqlama yayıb.
“Palmeyras” futbolçunun transferi üçün İngiltərə klubuna 25 milyon avro ödəyib. 28 yaşlı hücumçu ilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.
Xatırlatma: “Vulverhempton” Con Ariası mövsümün əvvəlində Braziliyanın “Fluminense” klubundan heyətinə qatmışdı. Kolumbiya millisinin üzvü “canavarlar”ın formasında iştirak etdiyi 26 rəsmi oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
© Copyright 2026, All Rights Reserved