Braziliyalı futbolçu karyerasını başa vurdu
Braziliyalı futbolçu Oskar gələcəyi ilə bağlı qərarını açıqlayıb.
90plus.az xəbər verir ki, 34 yaşlı hücumameyilli yarımmüdafiəçi peşəkar karyerasını başa vurduğunu bildirib.
Təcrübəli oyunçu ürəyində yaranan problem səbəbindən futbolla vidalaşmaq məcburiyyətində qalıb.
Qeyd: Oskar karyerası ərzində "San Paulo", "Çelsi", "İnternasyonal" və "Şanxay Port" klublarında çıxış edib. O, Braziliya millisinin heyətində keçirdiyi 48 rəsmi oyunda 12 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved