Bruno Fernandeş Premyer Liqanın “Ən yaxşısı”dır
Bruno Fernandeş İngiltərə Premyer Liqasında Mövsümün Ən Yaxşı Oyunçusu seçildi.
90plus.az xəbər verir ki, Bruno Fernandeş “Mançester Yunayted”in kapitanı kimi İngiltərə Premyer Liqasının 2024/25 mövsümünün ən yaxşı oyunçusu seçilib. Portuqaliyalı yarımmüdafiəçi bu mükafatı İngiltərə Futbol Yazıçıları Assosiasiyasının ilin futbolçusu seçilməsindən sonra da qazanaraq mövsümü iki böyük fərdi mükafatla başa vurub.
Fernandeş mövsüm ərzində yüksək performans göstərərək Premyer Liqada 34 oyunda 8 qol vurub və 20 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Nottingem Forest” ilə oyunda etdiyi asistlə bir mövsümdə ən çox məhsuldar ötürmə rekordunu (20 asist) təkrarlayıb və artıq bu göstəricidə rekordun qırılmasına çox yaxındır.
Ümumilikdə isə o, bütün turnirlərdə 37 oyunda 8 qol vurub və "Mançester Yunayted”in Çempionlar Liqasına vəsiqə qazanmasında əsas rol oynayıb.
Fernandeş həmçinin bu mövsüm Premyer Liqada 132 qol vəziyyəti yaradaraq liqanın bütün futbolçularını geridə qoyub. Bu göstəricidə ən yaxın izləyicisi “Liverpul”un futbolçusu Dominik Soboslai olub.
O, 2011-ci ildə Nemanya Vidiçdən sonra “Mançester Yunayted” tarixində bu mükafatı qazanan ilk futbolçu kimi də tarixə düşüb.
Mükafat qalibi ictimai səsvermə ilə futbol ekspertlərinin səslərinin birləşdirilməsi nəticəsində müəyyənləşib.
Qısa siyahıya David Raya, Qabriel Maqalyayeş, Deklan Rays, Erlinq Haaland, Antuan Semenyo, İqot Tiaqo və Morqan Gibbs-Uayt da daxil idi.
Qeyd: “Mançester Yunayted” mövsümün son oyununda “Brayton” səfərinə yollanacaq.
© Copyright 2026, All Rights Reserved