Bruno qaçırtdı, "Mançester Yunayted" səfərdə uduzdu

İngiltərə Premyer Liqasının 6-cı turunda "Mançester Yunayted" "Brentford"un qonağı oldu.
90plus.az xəbər verir ki, "Gtech Community" stadionunda baş tutan qarşılaşma meydan sahibi komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Brentford"un qollarını 8-ci və 20-ci dəqiqələrdə braziliyalı hücumçu İqor Tiago vurdu. Oyunun sonuna əlavə olunan 5-ci dəqiqədə isə danimarkalı yarımmüdafiəçi Matis Yensen fərqləndi.
"Mançester Yunayted"in yeganə qoluna isə 26-cı dəqiqədə Sloveniyalı forvard Benjamin Seşko imza atdı. Bu, Seşkonun "Qırmızı Şeytanlar"da keçirdiyi 7-ci rəsmi matçda ilk qolu oldu.
76-cı dəqiqədə "Mançester Yunayted" penalti şansından yararlana bilmədi. Komandanın kapitanı Bruno Fernandesin zərbəsini "Brentford"un qapıçısı Kavin Kelleher dəf etdi:
Brentford 3-1 Man Yunayted
İqor Tiaqo 8' 20'
Sesko 26'
Jensen 90+5'
Qollar:
https://t.me/doxsanplus/108286
https://t.me/doxsanplus/108290
https://t.me/doxsanplus/108298
Bu nəticədən sonra "Brentford" 7 xalla turnir cədvəlində 11-ci yerə yüksəlib. Eyni xala malik olan "Mançester Yunayted" isə 13-cü pillədə qərarlaşıb.
© Copyright 2025, All Rights Reserved