Bu futbolçular İsveçə aparılmayacaq

Üç futbolçu Azərbaycan millisinin heyətindən çıxarılıb.
90plus.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Cəzalı Elvin Cəfərquliyev, zədəli Rahil Məmmədovla yanaşı yarımmüdafiəçi Mustafa Əhmədzadə də UEFA Millətlər Liqasının VI turunda səfərdə İsveçlə matçda iştirak etməyəcək.
Qeyd: Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda İsveçin qonağı olacaq. Noyabrın 19-da, “Strouberri Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
© Copyright 2025, All Rights Reserved