"Bu gün mənim günüm idi" A.Dominqes

Azərbaycan boksçusu Alfonso Dominqes Paris-2024-də ilk qələbəsindən sonra jurnalistlərə açıqlama verib.
90plus.az xəbər verir ki, idmançı Azərbaycana dəstək üçün təşəkkür edib:
“Çox çətin döyüş oldu. Mən bu yarışa çox yaxşı hazırlaşmışdım. Yaxşı məşq keçmişəm. Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir, buna görə də təşəkkürümü bildirirəm. Məşqçilərimə və bütün komanda üzvlərinə dəstəyə görə minnətdaram. Bu son deyil, qarşıda döyüşlər var. Daha da irəli getmək lazımdır. Bu gün mənim günüm idi. Qələbə qazanmağı bacardım. Hər şey qaydasındadır”.
Qeyd: Təmsilçimizin növbəti qarşılaşması avqustun 1-də baş tutacaq. O, 1/4 finalda Aybek Oralbayla (Qazaxıstan) üz-üzə gələcək.
© Copyright 2025, All Rights Reserved