Bu gün “Qarabağ”ın ÇL-dəki rəqibi bilinəcək. 2 klubdan biri!

Bu gün Çempionlar Liqasında "Qarabağ"ın rəqibinin adı tam bilinəcək, ya "Şelburn", ya da "Linfild".
90plus.az xəbər verir ki, maraqlı qarşılaşmalardan birində İrlandiyanın “Şelburn” klubu Şimali İrlandiya təmsilçisi “Linfild”i qəbul edəcək. Birinci təsnifat mərhələsinin ilk oyunu Dublin şəhərində, “Tolka Park” stadionunda keçiriləcək və qarşılaşma saat 22:45-də start götürəcək.
Bu duelin cavab görüşü iyulun 16-da Belfastda, “Windsor Park” arenasında baş tutacaq.
Qalib komanda Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olacaq.
Xatırlatma: Ağdam təmsilçisi mübarizəyə məhz ikinci mərhələdən qoşulacaq. Həmin mərhələnin ilk oyunları iyulun 22-23-də, cavab matçları isə iyulun 29-30-da keçiriləcək.
© Copyright 2025, All Rights Reserved