Bu gün tarixin ən böyük mundialı start götürür
2026-cı il Dünya Çempionatı bu gün başlayır.
90plus.az xəbər verir ki, bu gün futbol dünyasının diqqəti Şimali Amerikaya yönələcək. ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi 2026-cı il FIFA Dünya Çempionatı start götürəcək. Turnir tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir və bu baxımdan mundialların ən böyüyü hesab olunur.
Yeni formata əsasən, 48 milli komanda 12 qrupa bölünüb. Hər qrupdan ilk iki yeri tutan komandalar, eləcə də ən yaxşı nəticəyə malik 8 qrup üçüncüsü pley-off mərhələsinə vəsiqə qazanacaq. Turnir ərzində ümumilikdə 106 oyun keçiriləcək.
Dünya çempionatının açılış oyunu A qrupunda Meksika və CAR yığmaları arasında baş tutacaq. Qarşılaşma Meksika paytaxtındakı məşhur “Estadio Azteca” stadionunda keçiriləcək. Bununla da Meksika tarixdə üçüncü dəfə Dünya Çempionatının açılış matçına ev sahibliyi edən ilk ölkə olacaq.
A qrupunda Meksika və CAR-la yanaşı, Cənubi Koreya və Çexiya milliləri də mübarizə aparacaq.
Açılış oyunu:
11 iyun saat 23:00. Meksika – CAR
Baş hakim: Vilton Sampayo (Braziliya)
Qeyd: 2026-cı il Dünya Çempionatının final oyunu iyulun 19-da ABŞ-ın Nyu-York şəhərində yerləşən “MetLife Stadium”da keçiriləcək.
© Copyright 2026, All Rights Reserved