Bu klubumuz 15 oyunda 1 dəfə də “sülh bağlamadı”
Misli Premyer Liqasında nadir hadisə: 18 ildən sonra “sülh”süz davam verən tək klub bəlli olub.
90plus.az xəbər verir ki, Misli Premyer Liqasında uzun fasilədən sonra diqqətçəkən bir statistika qeydə alınıb. Çempionatın ilk 15 turu tamamlandıqdan sonra yalnız bir komanda hələ də heç-heçə etməyib.
Söhbət mövsümə qeyri-adi göstərici ilə başlayan “Kəpəz”dən gedir. Gəncə təmsilçisi çempionatın startından etibarən keçirdiyi 15 oyunun hamısını ya qələbə, ya da məğlubiyyətlə başa vurub.
Bu müddətdə “Kəpəz” 3 dəfə qalib gəlib, 12 oyunda isə məğlub olub. Beləliklə, Premyer Liqa tarixində 15 turdan sonra heç-heçəsiz yoluna davam edən komandaların sayı 14-ə çatıb.
Qeyd: Bu cür göstərici sonuncu dəfə 18 il əvvəl qeydə alınmışdı. “Kəpəz”in cari mövsümdə bu statistikanı nə vaxta qədər qoruyacağı isə maraq doğurur.
© Copyright 2025, All Rights Reserved